Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan deyib.
O, baş nazir Nikol Paşinyanın bu yaxınlarda keçirdiyi mətbuat konfransında kommunikasiyaların açılması halında özəl mühafizə şirkəti haqqında söylədiklərinə aydınlıq gətirib.
A.Mirzoyan bildirib ki, o sadəcə söylənilən fikirlərin necə dəyişidirlərək çatdırılmasından heyranlığını gizlədə bilmir, “müstəqil” ekspertlər isə uydurmanı reallıq kimi təqdim edirlər: “Dəhliz yaradılması və nəzarətin hansısa tərəfə verilməsi ilə bağlı heç nə müzakirə olunmur. Artıq üçüncü qüvvələrin mövcudluğunun qəbuledilməz olduğunu bildirdik. Mövqeyimizdə heç nə dəyişməyib”.
Qeyd edək ki, bu gün Ermənistan parlamentinin spikeri Alen Simonyan bəyan edib ki, Azərbaycanın qərb regionları ilə Naxçıvan arasında gələcəkdə Sünikdən keçəcək kommunikasiyaların özəl şirkətə mümkün ötürülməsi Ermənistanın suverenliyini pozmayacaq.
Ordu.az