Ordu.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Rusiya Ukraynadakı vəziyyətin nizamlanması ilə bağlı heç bir variantı əvvəlcədən rədd etmir.
“Biz KİV-dəki xəbərlərindən başqa heç nə bilmirik. Deyilənlərə görə, hansısa plan hazırlanır. Amma orada hansı detallardan söhbət getdiyini bilmirik. Biz əvvəlcədən heç bir planı rədd etmirik, lakin orada nədən söhbət getdiyini anlamalıyıq”, - Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, “La Repubblica” nəşri Şoltsub Ukrayna ərazilərinin bir hissəsinin Rusiyaya verilməsini istisna etməyən bir növ yeni Minsk razılaşması olan Ukraynada sülh yolu ilə nizamlanma üçün öz planını hazırladığı barədə məlumat yayıb.
Ordu.az