Ordu.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yayılan məlumatları yalan adlandırıb.
“Biz bu məlumatı görümüşük. Bu cür məlumatlar reallığa uyğun gəlmir", - deyə Kremlin sözçüsü “The Wall Street Journal”ın İranın Rusiyaya yaxın mənzilli raketlər göndərməsi ilə bağlı materialı ilə bağlı sualı cavablandırıb.
Peskov vurğulayıb ki, İran Rusiyanın mühüm tərəfdaşıdır:
"Biz ticarət-iqtisadi əlaqələrimizi inkişaf etdiririk. Bütün mümkün sahələrdə, o cümlədən ən həssas sahələr üzrə əməkdaşlığımızı və dialoqumuzu inkişaf etdirir və bunu iki ölkəmizin xalqlarının maraqları naminə davam etdirəcəyik”.
Ordu.az