"İrəvandakı Qarabağ separatçılarının "nümayəndəliyi" bağlanmalıdır" - Simonyan

2024/05/664db-1716371788.jpg
Oxunub: 327     13:18     09 Sentyabr 2024    
İrəvandakı Qarabağ separatçılarının "nümayəndəliyi" bağlanmalıdır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Erməni spiker qondarma rejimin “hakimiyyətini” tanınmamış “respublika”nın ləğvində ittiham edib.

Simonyan əlavə edib ki, onlar mütəmadi olaraq həmin "Artsax" nümayəndəliyində görüşlər təşkil edərək məsuliyyəti ört-basdır etməyə çalışırlar.

"Düşünürəm ki, bu binanın gələcəkdə hansı məqsəd üçün istifadə ediləcəyini yenidən nəzərdən keçirməliyik. O, bu cür məqsədlərə xidmət etməməlidir", - Simonyan vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Simonyan   Separatçılar  


Bizi "telegram"da izləyin