Mirzoyan: "İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıb" (YENİLƏNİB)

2024/09/1725876820.jpg
Oxunub: 691     13:57     09 Sentyabr 2024    
İrəvan və Bakı sülh sazişi layihəsi üzrə 16 bənddən 13-nü tam, 3-nü isə qismən razılaşdırıblar.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.

Mirzoyanın sözlərinə görə, tərəflərin bu sənədi ən qısa müddət ərzində imzalaması üçün imkan var.

Ermənistanın XİN başçısı qeyd edib ki, bu addım Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün səhifə açacaq.

“Hesab edirik ki, sülh müqaviləsinin ən qısa müddətdə imzalanması və regionda uzunmüddətli sabitlik səhifəsinin açılması üçün real imkan mövcuddur”, – Mirzoyan əlavə edib.

***

Ermənistan sülh sazişinin tam razılaşdırılmış layihəsini Azərbaycan tərəfinə təqdim edib.

Ordu.az-ın TASS-a istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

XİN rəhbəri İrəvanın Bakıdan cavab gözlədiyini qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin