Kobaxidze Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib

2024/07/1721641107.jpg
Oxunub: 273     13:37     09 Sentyabr 2024    
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Ukraynanın bu ölkədəki müvəqqəti işlər vəkilinin geri çağırılmasına münasibət bildirib.

Ordu.az xəbər verir ki, hökumət başçısı Kiyevin addımının siyasi motivli olmadığını qeyd edib.

O əlavə edib ki, bu qərar Ukrayna səfirliyinin nümayəndəsinin məişət əşyaları satın alması ilə əlaqədardır və Ukrayna hökuməti müharibə dövründə belə satınalmanı yersiz hesab edib.

“Bu qərar 2022-ci ildə səfirin siyasi motivlə geri çağırılması ilə eyni xarakter daşımır", - Kobaxidze deyib.

Qeyd edək ki, Ukrayna XİN başçısı Andrey Sibiqa Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili Mixaylo Karişini geri çağırıb. Ukraynalı nazir bu barədə “Facebook” paylaşımında bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kobaxidze   Ukrayna   Gürcüstan  


Bizi "telegram"da izləyin