Ordu.az xəbər verir ki, Cənubi Koreya Ukrayna-Rusiya müharibəsində özünü doğrultmuş Polşa istehsalı “Warmate” “gəzən sursatları”ndan 200 ədəd alacaq.
Cənubi Koreya ordusunun verdiyi açıqlamaya görə, sentyabrın 3-də Cənubi Koreya Müdafiə Nazirliyi Polşada istehsal olunan sursat üçün DAPA-dan (Müdafiə Satınalma Proqramı İdarəsi) müqavilə tələbi alıb.
DAPA-nın hazırda tender elanı hazırladığı, Cənubi Koreya Müdafiə Nazirliyinin təxminən 14,6 milyard von (təxminən 10 milyon dollar) dəyərində müqavilə bağlayacağı bildirilir.
Sevinc Əliyeva
Ordu.az