Ermənistan hökuməti “Vətənin müdafiəçisi” proqramını MTX-yə də daxil etməyi təklif edir

2024/09/1725868691.jpg
Oxunub: 304     16:57     10 Sentyabr 2024    
Ermənistan hökuməti “Vətənin müdafiəçisi” proqramını ölkənin Milli Təhlükəsizlik Xidmətinə (MTX) də daxil etməyi təklif edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri yazıb.

Nəşr qeyd edib ki, qanunvericilik aktlarının layihələrinin dərci üçün vahid internet saytında Ermənistan MTX hökumətin 9 fevral 2023-cü il tarixli 160-N nömrəli qərarına əlavə və dəyişikliklərin edilməsi layihəsini dövriyyəyə qoyub.

“Məgər bu, “Vətənin müdafiəçisi” vasitəsilə Ermənistan Silahlı Qüvvələrinin sayının artırılmasının təmin edilməsinə xələl gətirməyəcək? Bu da öz növbəsində Ermənistan Silahlı Qüvvələri və ölkə üçün təhlükəsizlik risklərinə səbəb olacaq. Axı MTX-nin sərhəd mühafizə qüvvələri Silahlı Qüvvələrin hərbi qulluqçularının sahib olduğu silahlanmaya malik deyil. Bu halda Silahlı Qüvvələrin hərbi qulluqçularının sayı artmayacaq, onsuz da orduda insan resursu problemi var”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hökumət   MTX  


Bizi "telegram"da izləyin