“Referendum tarixinin 2027-ci il olaraq müəyyən edilməsi Ermənistan-Azərbaycan danışıqlar prosesi üçün pis siqnaldır” - EKSPERTLƏR

2024/09/dfsds-1725868132.jpg
Oxunub: 419     11:33     10 Sentyabr 2024    
“Ermənistan konstitusiyasına dəyişiklik həm də müxalifətin indiki hakimiyyətə təzyiqlərini azaltmaq üçün lazımdır”.

Ordu.az xəbər verir ki, bunu politoloq Artur Atayev deyib.

Atayev qeyd edib ki, Ermənistan hakimiyyətinin yeni konstitusiyanın qəbuluna referendum yolu ilə nail olmaq imkanı var, çünki sakinlər dəyişikliklərə hazırdırlar.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Mərkəzi Asiya şöbəsinin rəhbəri Stanislav Pritçin isə bildirib ki, referendum tarixinin 2027-ci il olaraq müəyyən edilməsi Ermənistan-Azərbaycan danışıqlar prosesi üçün pis siqnaldır, çünki həmin ilə qədər Ermənistan hakimiyyəti Azərbaycan tərəfinin tələblərinin yerinə yetirilməsini dayandıracaq.


“Bu o deməkdir ki, Bakı və İrəvan ən azı 2027-ci ilə qədər sülh sazişi imzalamayacaq”, - deyə Pritçin vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bakı   İrəvan  


Bizi "telegram"da izləyin