Ermənistan Roma Statutunu imzalamaqdan imtina etməyib, lakin Avropa Şurası Nazirlər Komitəsinin bəyanatını imzalamaqdan imtina edib

2024/09/1725863343.jpg
Oxunub: 385     21:10     09 Sentyabr 2024    
“2024-cü il sentyabrın 5-də Vilnüsdə Avropa Şurasına üzv dövlətlərin Ədliyyə Nazirləri Şurasının iclası keçirilib”.

Ordu.az xəbər verir ki, bunu Daşnaksütun təşkilatının “Hay Dat” komitəsinin mərkəzi ofisinin xüsusi proqramlar üzrə məsul şəxsi Gevorq Qukasyan deyib.

Onun sözlərinə görə, iclasda Ukraynada törədilmiş cinayətlərə görə beynəlxalq məsuliyyətin təmin edilməsinə dair bəyanat qəbul edilib.

“Bəyannamənin ilkin mətnində imzalayan dövlət kimi 40-a yaxın dövlət arasında Ermənistanın da adı var idi, lakin qətnamənin qəbulundan əvvəl Ermənistan, görünür, öz imzasını geri götürüb, çünki yekun mətndə imza yoxdur. Mən açıq şəkildə deyə bilərəm ki, baş verənlər Ermənistanın imzasının Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutundan geri götürülməsinə aid deyil. Bu, sadəcə olaraq, heç bir hüquqi qüvvəsi olmayan Avropa Şurasının Ədliyyə Nazirləri Şurasının qəbul etdiyi bəyanatdır”, - deyə Qukasyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Roma-Statutu  


Bizi "telegram"da izləyin