Ordu.az xəbər verir ki, bunu daim separatizmə çağırış edən erməni siyasi xadim Metakse Hakobyan deyib.
Onun sözlərinə görə, Arayik Harutyunyan (Bakıda həbsdə olan separatçı) Paşinyandan heç vaxt sirr saxlamayıb, Harutyunyan tez-tez deyib ki, Qarabağla bağlı istənilən məsələ, hərəkət, proses Ermənistan Baş naziri ilə müzakirə olunur.
“Artıq “rəhbər” Harutyunyan deyil, Samvel Şahramanyan olanda da Nikol Paşinyan Qarabağdakı son hadisələrdən xəbərdar idi”, - deyə Hakobyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az