Ordu.az xəbər verir ki, Türkiyə müdafiə sənayesinin qabaqcıl şirkətlərindən “Baykar”, ASELSAN və TUSAŞ-ın obeyktlərində aparılan çəkilişlərdə bu şirkətlərin istehsal etdiyi TB2, “Kızılelma”, “Kaan”, son model radar və elektromaqnit müdafiə vasitə və avadanlıqları təqdim edilib, onların dünyaya səs saldığı bildirilib.
Proqramda “Baykar” İdarə Heyətinin sədri Selçuk Bayraktar, TUSAŞ-ın Baş direktoru Mehmet Demiroğlu və ASELSAN-ın Baş direktor müavini Özgür Taylan Sarının açıqlamaları da yer alıb.
Proqramdakı müsahibədə Selçuk Bayraktardan TB2-nin indiyə qədər dünyanın ən çox satılan Pilotsuz Uçuş Aparatı (PUA) olmağı necə bacardığı soruşulub.
“Biz səyahətimizə 2000-ci illərdə kiçik bir komandanın Türkiyənin ilk PUA-sını hazırladığı zaman başladıq. Biz “Formula 1” komandası kimi işləyirik. Son dərəcə sürətliyik, sənayeni bilirik və məhsullarımızı döyüş meydanında izləyirik. Buradan yeniliyimiz doğulur. Bütün PUA sistemlərimiz Türkiyədə dizayn və istehsal olunur. Sensorlardan tutmuş mühərriklərə və silahlara qədər”, - deyə Bayraktar qeyd edib.
Sevinc Əliyeva
Ordu.az