Ordu.az xəbər verir ki, ilin sonuna qədər minlərlə mərminin təhvil verilməsi və Ukrayna ehtiyatlarının əhəmiyyətli dərəcədə yenilənməsi gözlənilir.
Artilleriya sursatlarının tədarükü ilə bağlı müqaviləni Müdafiə Nazirliyinin satınalma bölməsi olan Müdafiə Avadanlığı və Dəstək şirkəti imzalayıb.
Artilleriya sursatı müqaviləsi çərçivəsində qarşıdakı 18 ay ərzində Ukraynaya 120 min yeni istehsal edilmiş mərmi tədarük ediləcək və həyati əhəmiyyətli sursat Ukraynaya verilməyə davam edəcək.
Sevinc Əliyeva
Ordu.az