Ordu.az xəbər verir ki, Rumıniyanın Müdafiə Nazirliyi parlamentdən ABŞ-dən F-35 “Lightning II” döyüş təyyarələrinin alınması üçün danışıqlara başlamaq məqsədilə lazımi maliyyə vəsaitinin ayrılmasını istəyib.
Bu tələblə Rumıniyanın 32 ədəd F-35 “Lightning II” döyüş təyyarəsi satın alma prosesi lazımi vəsaitləri rəsmən tələb etməsi ilə davam edir.
Lazımi maliyyə təmin edildikdən sonra ABŞ hökuməti ilə Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində 32 ədəd F-35 “Lightning II” döyüş təyyarəsinin alınması ilə bağlı danışıqlara başlanılacağı gözlənilir.
Sevinc Əliyeva
Ordu.az