Böyük Britaniya İsrailə silah ixracını rədd edib

2024/09/1725698383.jpg
Oxunub: 320     15:38     09 Sentyabr 2024    
Böyük Britaniya İsrailə 30-a yaxın silah ixracı lisenziyasını dayandırdığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Britaniya hökumətinin açıqlamasında bildirilib.

Açıqlamada Britaniyanın İsrailə verdiyi təxminən 30 silah sisteminin ixrac lisenziyasının İsrailin Qəzzada beynəlxalq humanitar hüququ pozması ilə bağlı araşdırmasının ardından Britaniya hökuməti tərəfindən ləğv edilərək dayandırıldığı qeyd edilib.

Açıqlamada Britaniyanın İsrailə ixrac etdiyi təxminən 350 silah sistemindən 30-nun İsrail ordusu tərəfindən Qəzzada mülki şəxslərə qarşı hücumlarda istifadə edildiyi və bu məhsulların ixrac lisenziyalarının dərhal ləğv edildiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   İsrail  


Bizi "telegram"da izləyin