Avstraliya və Yaponiya Hind-Sakit okean regionunda müdafiə əməkdaşlığını yeni səviyyəyə qaldıracaq

2024/09/1725697677.jpg
Oxunub: 361     23:17     09 Sentyabr 2024    
Avstraliya və Yaponiyanın xarici işlər və müdafiə nazirləri Çinin Hind-Sakit okean regionunda artan nüfuzu qarşısında müdafiə sahəsində əməkdaşlığı yeni səviyyəyə qaldırmaq barədə razılığa gəliblər.

Ordu.az xəbər verir ki, Avstraliyanın müdafiə naziri Riçard Marles və xarici işlər naziri Penni Vonq Melburnda Yaponiyanın xarici işlər naziri Kamikava Yoko və müdafiə naziri Kihara Minoru ilə görüşüblər.

Yerli KİV-in məlumatına görə, “2+2” formatında keçirilən görüşdə Yaponiya Özünümüdafiə Qüvvələri (JSDF) və Avstraliya Müdafiə Qüvvələri (ADF) arasında əməkdaşlıq imkanları müzakirə olunub.

Cənubi və Şərqi Çin dənizlərində sabitliyin vacibliyini vurğulayan nazirlər Çinin Hind-Sakit okeanda artan nüfuzu qarşısında ikitərəfli müdafiə əməkdaşlığını yeni səviyyəyə yüksəltmək barədə razılığa gəldiklərini açıqlayıblar.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstraliya   Yaponiya  


Bizi "telegram"da izləyin