“Azərbaycan mənbələri qeyd edirlər ki, müdafiə naziri Zakir Həsənov və Quru Qoşunlarının komandanı Hikmət Mirzəyev Ermənistanla şərti sərhəddə bölmələrin döyüş hazırlığını yoxlayıblar”.
Ordu.az xəbər verir ki, bunu erməni azərbaycanşünas Tatevik Hayrapetyan sosial şəbəkə hesabında yazıb.
“Bu arada, paralel reallıqda, Ermənistan hökuməti insanların niyə restoranda çox sifariş verdiyini və hamısını yeyə bilmədiyini müzakirə edir... Bu vəziyyəti necə adlandırmaq olar?”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Azərbaycan