Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr” qrupunun üzvü, erməni politoloq Vahe Hovhannisyan öz “Facebook” səhifəsində yazıb.
Hovhannisyan sual verib ki, rəqiblər, qonşular, potensial müttəfiqlər Ermənistana baxanda nə görürlər?
“1. Erməni xalqının elitası müharibədən sonrakı bərpanın məzmununu, yolunu tapa bilmir.
2. Cəmiyyət dərin parçalanma içindədir, dövlətdən tamamilə uzaqlaşdırılıb.
3. İnsanların Ermənistanı tərk etmək istəyi görünməmiş dərəcədə yüksəkdir.
4. Əksəriyyətdə, cəmiyyətdə nə ölkəyə, nə də övladlarına qarşı itki hissi yoxdur. Dövləti itirmək ehtimalı getdikcə “yeni normallığ”a çevrilir.
5. Böyük maliyyə imkanlarının sahibləri, bir çox keçmiş və indiki nüfuzlu şəxslər Ermənistandan kənarda öz ailələri üçün “ehtiyat yurdlar” yaradıblar.
6. Cəmiyyət təhlükəsizlik hissini itirib və dövlətin itirilməsinin real görünən ssenarisini, mexanizmlərini, son tarixlərini realdan daha çox təsəvvür etmir. Bizim hərəkətimiz, mübarizəmiz bu məqamların məntiqini dəyişmək ətrafında konkretləşməlidir”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az