KİV: Paşinyan hakimiyyəti müxalifətçilərə qarşı sərt münasibət xəttini rəhbər tutacaq

2024/09/1725694866.jpg
Oxunub: 242     09:38     10 Sentyabr 2024    
Ermənistan hakimiyyəti “isti payız” ərəfəsində parlamentin payız sessiyasına hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.

Nəşr qeyd edib ki, Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyası şənbə günü Göyçədəki hökumət bağ evində Nikol Paşinyanın tapşırığı ilə nə edəcəyinə qərar verəcək, çünki müxalifət meydanında payızda hakimiyyətin istefası tələbi ilə toplantı və aksiyaları bərpa edəcəklərini bəyan ediblər.

“Ötən gün parlamentdə baş tutmuş “Vətəndaş Müqaviləsi” fraksiyasının iclası hakim fraksiya üzvlərinin müxalifətçilərə qarşı sərt münasibətini göstərib və onlar bu gün Göyçədə müxalifətçilərə qarşı hansı addımları atacaqları ilə bağlı müzakirələri davam etdirəcəklər. Məlumata görə, hakim fraksiya üzvləri müxalifəti təkcə parlamentdə siyasi çıxışlarla sıxışdırmaq deyil, həm də bütün formalarda “ram etmək və susdurmaq” niyyətindədirlər”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin