“Hraparak”: Paşinyan Qərbə “atmaq” qərarına gəlib?

2024/09/1725694516.jpg
Oxunub: 329     10:23     10 Sentyabr 2024    
Ermənistan parlamentinin hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının qərbyönlü qanadında Nikol Paşinyanın Qərbə “atmaq” qərarı verib-verməməsi ilə bağlı səssiz müzakirələr və şikayətlər gedir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Paşinyan Bakı ilə birbaşa əlaqə saxlayır, Ermənistanda Rusiyaya qarşı hörmətli münasibət tələb edir, Aİ məsələsində referenduma qarşı çıxır.

“Onlar hesab edirlər ki, Qərb Paşinyanın sülh prosesini Rusiya platformasına daşımasını bağışlamayacaq və açıq-aşkar qərbyönümlü olacaq, Paşinyan hakimiyyətini devirəcək qrupa mərc qoyaraq, “daxildən salyut vurmaq” mümkündür”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Qərb  


Bizi "telegram"da izləyin