“Hraparak”: Səfirlərdən bəziləri Paşinyana yaltaqlanıblar

2024/09/1725694427.jpg
Oxunub: 317     14:55     09 Sentyabr 2024    
Avqustun 26-27-də Dilicanda keçirilən səfirlərin iki günlük toplantısında iştirak edən diplomatların çoxu artıq öz ölkələrinə gediblər, lakin həmin toplantının təfərrüatlarını danışmağa davam edirlər.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, əslində Ermənistan Baş naziri, prezidenti və Baş nazirin müavinləri iştirak etsə də, səfirlərlə ölkə rəhbərliyi arasında dialoq olmayıb.

“Baş nazir müəllim tonu ilə dərslər verib, səfirlər tələbələr kimi dinləyiblər. Bəziləri müşahidələrini diplomatik çaxnaşma dili ilə formalaşdırmaqla, öz fikirlərini bildirməyə çalışsalar da, bu başa düşülməyib və heç kim diplomatların nə düşündüklərini araşdırmayıb. Amma daha diqqətçəkən odur ki, bəzi səfirlər indiki Baş nazirə yaltaqlanmağa çalışıblar və onun “xüsusiyyətləri”ni bilə-bilə, öz sələflərinə böhtan atmaq vasitəsilə bunu ediblər. Xüsusilə insanlar 1999-cu ildən səfir işləyən, demək olar 2018-ci ildə xilas olduqlarını və Ermənistanda belə bir hakimiyyətin iqtidarda olmasına görə xoşbəxt olduqlarını deyən Aşot Hovakimyanın sözlərindən təəccübləniblər. Hovakimyan isə 25 il Avropa ölkələrində səfir işləyib, 2011-2018-ci illərdə Ermənistan xarici işlər nazirinin müavini olub və 2019-cu ilin fevralında Çexiyaya göndərilib”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin