Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Qurqen Arsenyan Ermənistan səfiri kimi Moskvaya edib, Vağarşak Harutyunyan isə İrəvana qayıdıb və bu, hakim fraksiyanın digər deputatı Andranik Köçəryanı çox kədərləndirib.
“Köçəryan hətta Nikol Paşinyana da lobbiçilik etməyə başlayıb ki, Harutyunyan işsiz qalmasın. Bu, Köçəryana yaxın olan, bəzən müxtəlif xəbərlərdə onun müxtəlif məqsədlər üçün istifadə etdiyi deputatlarla da müzakirə olunub ki, Harutyunyanın taleyi ilə bağlı məsələ də hakim fraksiyanın İdarə Heyətinin iclaslarında müzakirə olunsun”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az