Nigeriyaya yeni T129 “Atak” helikopterləri tədarük edilib

2024/09/1725693116.jpg
Oxunub: 467     17:10     09 Sentyabr 2024    
Nigeriya Hərbi Hava Qüvvələri (HHQ) Türkiyədən satın aldığı TUSAŞ T129 “Atak” hücum helikopterlərinin ikinci partiyasını təhvil alaraq, müdafiə qabiliyyətini gücləndirməyə davam edir.

Ordu.az xəbər verir ki, bu son tədarüklə Nigeriya HHQ-nin inventarındakı “Atak” helikopterlərinin sayı 4-ə yüksəlib.

2022-ci ilin iyul ayında Nigeriya müdafiə rəsmiləri ilə “Türk Havacılık ve Uzay Sanayii A.Ş.” (TUSAŞ) arasında həyata keçirilən iki illik danışıqlardan sonra imzalanan müqavilə çərçivəsində ümumilikdə 6 ədəd T129 “Atak” helikopteri alınıb.

Hər bir helikopterin təxmini dəyərinin təxminən 45 milyon dollar olduğu bildirilir.

Nigeriya HHQ ilk 2 T-129 “Atak” helikopterini 2023-cü il noyabrın 1-də təhvil alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nigeriya   T129   Atak  


Bizi "telegram"da izləyin