Keçmiş erməni döyüşçü: “Azərbaycan əsgəri haradadırsa, onun sərhəddi də oradadır”

2024/09/1725688568.jpg
Oxunub: 5612     15:00     10 Sentyabr 2024    
“Nikol Paşinyanın Azərbaycan Silahlı Qüvvələrinin ərazilərdən yalnız danışıqlar yolu ilə çıxması barədə bəyanatı sadəcə olaraq gülüş doğurur”.

Ordu.az xəbər verir ki, bunu keçmiş erməni döyüşçü Aşot Sevyan deyib.

Onun sözlərinə görə, ya insan bu cür açıqlama vermək üçün uzaqgörməz olmalıdır, ya da rəqibin maraqlarına xidmət etməlidir.

“Azərbaycan heç bir “qırmızı xətt”i olmayan Ermənistan hakimiyyətindən fərqli olaraq, çəkdiyi “qırmızı xətt”i pozmur. Azərbaycan bu günə kimi öz cızdığı planı, ssenarisi, hərbi yolu ilə irəliləyir, Azərbaycan əsgəri haradadırsa, onun sərhəddi də oradadır. Bəs bizim ölkənin indiki iqtidarı xalqın başının altına “yumşaq yastıq” qoyur”, - deyə Sevyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan  


Bizi "telegram"da izləyin