Ordu.az xəbər verir ki, bunu ABŞ-nin Stenford Universitetinin siyasi elmlər doktoru, erməni ekspert Artur Xaçikyan deyib.
Onun sözlərinə görə, Ermənistan səlahiyyətliləri Qarabağ məsələində “çubuğ”u aşağı salıblar, Qarabağ məsələsi artıq yoxdur, indi Zəngəzurun “çubuğu”nu aşağı salırlar.
“Həmin özəl mühafizə təşkilatına gəlincə, əgər həmin təşkilatın mühafizəçiləri Azərbaycan tərəfində də dayansalar, bu o deməkdir ki, Azərbaycan Zəngəzurla bağlı məsuliyyəti öz üzərinə götürür. Əgər Ermənistandan ayrıca Azərbaycan həmin özəl mühafizə təşkilatı ilə müqavilə bağlayırsa, bu o deməkdir ki, Zəngəzur bölgəsində həmin yola Azərbaycan nəzarət edəcək”, - deyə Xaçikyan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az