Erməni analitik: “Azərbaycanın regionun liderinə çevrilməli olduğunu bəyan edən Lukaşenko Bakıdakı həmkarını sevindirmək istəyir”

2024/09/1725687391.jpg
Oxunub: 457     14:03     09 Sentyabr 2024    
“Ermənistan-Belarus ziddiyyətlərinin kəskinləşməsinin iki əsas səbəbi var”.

Ordu.az xəbər verir ki, bunu İrəvan Mətbuat Klubunun fəxri sədri, erməni analitik Boris Navasardyan deyib.

Onun sözlərinə görə, birincisi Ermənistan-Rusiya münasibətlərində artan gərginlik, ikincisi Belarus və Azərbaycan arasında sıx münasibətlərdir.

“Bir tərəfdən Azərbaycanın regionun liderinə çevrilməli olduğunu bəyan edən, digər tərəfdən Ermənistan rəhbərliyini tənqid edən Lukaşenko Bakıdakı həmkarını sevindirmək istəyir. Bu arada İrəvan-Minsk münasibətlərindəki aşkar böhrana baxmayaraq, ekspertlər münaqişənin daha da kəskinləşəcəyini gözləmirlər, çünki bütün bunlar həm iqtisadi, həm də geosiyasi baxımdan hər iki tərəf üçün o qədər də vacib deyil”, - deyə Navasardyan qeyd edib.

Navasardyan bildirib ki, ona görə də bir-birinə qarşı indiki sərt bəyanatlara siyasi ritorika kontekstində baxmaq lazımdır, başqa heç nə yoxdur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Rusiya   Belarus  


Bizi "telegram"da izləyin