Ordu.az xəbər verir ki, bu barədə NATO rəsmi saytında məlumat yayılıb.
Stoltenberq Norveçin Alyansdakı mühüm rolunu, o cümlədən Norveçin müdafiə xərclərini artırmasını yüksək qiymətləndirib.
Baş katib Norveçin Ukraynaya uzunmüddətli öhdəliyini və qabaqcıl hava hücumundan müdafiə sistemi, F-16 qırıcıları təqdim etməsini alqışlayıb. O, bütün müttəfiqləri “xüsusilə bu çətin mərhələdə dəstəyini davam etdirməyə” çağırıb və müharibəni bitirməyin ən sürətli yolunun Ukraynaya silah vermək olduğunu vurğulayıb.
Ordu.az