Rusiya Ukraynanın Pavloqrad şəhərini “İsgəndər”lə vurub, 1 nəfər ölüb, 40-dan çox yaralı var

2024/09/66dad-1725617962.jpg
Oxunub: 402     14:10     06 Sentyabr 2024    
Rusiya ordusunun Ukraynanın Dnepr vilayətinin Pavloqrad şəhərinə raket zərbələri zamanı 1 nəfər dinc sakin ölüb, 40-dan çox yaralı var.

Ordu.az-ın “Unian“a istinadən xəbərinə görə, şəhərə təqribən 5 ədəd “İsgəndər-M”/KN-23” tipli ballistik raket buraxılıb.

Vilayət Hərbi Administrasiyasından bildirilib ki, zərbələrin təsirindən beşmərtəbəli yaşayış binasında yanğın başlayıb.

Zərbələrin Rusiyanın Voronej və Rostov vilayətlərinin ərazisindən endirildiyi ehtimal edilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin