Misirli F-16 pilotu ilk dəfə “Hürjet” ilə uçdu

2024/09/HURJE-1725614107.jpg
Oxunub: 338     14:56     06 Sentyabr 2024    
Türkiyənin ilk yerli reaktiv təlim təyyarəsi “Hürjet” Misirdə uçuşlarını davam etdirir.

Ordu.az xəbər verir ki, misirli F-16 pilotu ilk dəfə “Hürjet” ilə uçub.

TUSAŞ tərəfindən hazırlanan “Hürjet” Reaktiv Təlim və Yüngül Hücum Təyyarəsi Beynəlxalq Misir Aviasiya Sərgisi çərçivəsində uçuş nümayişlərini davam etdirir.

Son olaraq “Hürjet”ə Misir Hərbi Hava Qüvvələrində (HHQ) F-16 pilotu kimi xidmət edən Əhməd Elmallah əyləşib.

“Hürjet” üçüncü nümayiş uçuşunu TUSAŞ sınaq pilotu Orhan Boran və misirli F-16 pilotu Əhməd Elmallahla həyata keçirib.

Uçuşdan sonra açıqlama verən Elmallah “Hürjet” ilə uçmağın onun üçün yaxşı təcrübə olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hürjet   Misir  


Bizi "telegram"da izləyin