Aİ, Böyük Britaniya və ABŞ süni zəkadan istifadəyə dair konvensiya imzalayıb

2019/01/How-c-1546927259.jpg
Oxunub: 226     13:33     06 Sentyabr 2024    
Avropa İttifaqı (Aİ), ABŞ, Böyük Britaniya və daha yeddi ölkə (Andorra, Gürcüstan, İslandiya, Norveç, Moldova, San-Marino və İsrail) arasında Avropa Şurasının (AŞ) süni zəka, insan hüquqları, demokratiya və qanunun aliliyi haqqında Çərçivə Konvensiyası imzalanıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının saytında məlumat verilib.

Bu, süni zəkadan istifadəyə dair məcburi hüquqi qüvvəyə malik olacaq ilk beynəlxalq müqavilədir.

Süni zəka sistemlərindən istifadəni insan hüquqları, demokratiya prinsipləri və qanunun aliliyinə tam uyğunlaşdırmaq məqsədi daşıyan sənəd Vilnüsdə AŞ ölkələrinin ədliyyə nazirlərinin konfransı zamanı imzalanmağa açıq elan edilib. Sazişin süni zəka sahəsində tərəqqi və innovasiyaları təşviq edəcəyi, eyni zamanda süni intellektin yaratdığı riskləri idarə etməyə kömək edəcəyi bildirilir.

Çərçivə Konvensiyası Avropa Şurasının 46 üzv ölkəsi və 11 qeyri-üzv dövlət (Argentina, Avstraliya, Vatikan, İsrail, Kanada, Kosta-Rika, Meksika, Peru, ABŞ, Uruqvay və Yaponiya) tərəfindən hazırlanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin