Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.
Əsaslandırmada qeyd olunub ki, 2023-cü ildə Ermənistan Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin Baş Qərargahının yeni nizamnamələri təsdiq edilib, onlara əsasən funksiya və struktur müəyyən edilib, bunlar çərçivəsində qurumun bir sıra fəaliyyət istiqamətləri nazirliyin strukturuna daxil edilib və idarəetmə, funksiyaların təkrarlanmaması, vəsaitlərin optimallaşdırılması baxımından qurumun ləğvi məqsədəuyğun hesab edilib.
Məlumata görə, 2024-cü il 1 aprel tarixinə təşkilatın debitor və kreditor borcları yoxdur, 2024-cü il 28 iyun tarixinə təşkilat tərəfindən verilən müraciətlərin maliyyələşdirilməsi 36,669,00 min dram təşkil edib.
Alpər Mövludoğlu
Ordu.az