2005-ci ildə törədilmiş erməni hərbi qulluqçunun qətli ilə bağlı cinayətin üstü açılıb

2024/09/1725608730.jpg
Oxunub: 264     15:13     06 Sentyabr 2024    
Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin Xüsusilə mühüm işlər üzrə istintaq şöbəsində aparılan çoxşaxəli istintaqla 2005-ci ilin aprelində törədilmiş müddətli erməni hərbi quluqçu Nairi İsaxanyanın qətli hadisəsi üzə çıxarılıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

Qeyd olunub ki, 2023-cü il mayın 29-da qəbul edilmiş müvafiq qərara əsasən, daha öncə xitam verilən cinayət işi üzrə ibtidai istintaq bərpa edilib.

Bildirilib ki, İsaxanyan xidmət yoldaşı tərəfindən öldürülüb, xidmət yoldaşı İsaxanyana AK-74 tipli avtomatdan iki dəfə atəş açıb.

Əldə edilmiş kifayət qədər faktlar əsasında V.A. adlı şəxsə qarşı Ermənistanın keçmiş Cinayət Məcəlləsinin 104-cü maddəsinin 2-ci hissəsinin 10-cu bəndi ilə yekun ittiham irəli sürülüb. İttiham Ermənistanın hazırkı Cinayət Məcəlləsinin 155-ci maddəsinin 2-ci hissəsinin 12-ci bəndinə uyğundur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Ordu   Ölüm  


Bizi "telegram"da izləyin