Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Andranik Köçəryan deyib.
Onun sözlərinə görə, Vardanyanın Qarabağa getməsinin müəmmalı problemi var.
“Mən hələ də hesab edirəm ki, onun Qarabağa getməsinin müəmmalı hissəsi var və bu, onun son ana qədər Qarabağdakı hərəkətləri baxımından da mövcud idi. Ruben Vardanyan son ana qədər Qarabağı heç vaxt tərk etməyəcəyini deyirdi, lakin o, bilmirsən hansı inandırmalardan çıxış edərək, Laçın yolu ilə çıxmalı olduğu qərarına gəldi. Məncə, bu inandırmalar yanlış idi. İndi Ruben Vardanyan məhkəmə zamanı ittihamları inkar edə bilməlidir. Ermənistanın gördüyü işlərə gəlincə, Baş nazir mətbuat konfransında qeyd edib ki, “əsirlər”in (diversantlar-red.) qaytarılması ilə bağlı fəaliyyətlər ictimailəşdirilməməlidir”, - deyə Köçəryan bildirib.
Alpər Mövludoğlu
Ordu.az