Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri, hakim “Vətəndaş Müqaviləsi” fraksiyasının deputatı Andranik Köçəryan 44 günlük müharibə ilə bağlı istintaq komissiyasının hesabatına toxunarkən deyib.
Onun sözlərinə görə, açıq iclasdan, Ermənistan Baş naziri Nikol Paşinyan və sabiq müdafiə naziri Davit Tonoyanın açıq şəkildə dindirilməsindən bəhs edən hissə nəşr olunub, lakin qalan hissədə elə şeylər var ki, uzun illər nəşr olunmayacaq.
“Komissiya bütün bunları toplayıb, müxalifət partiyaları iştirak etsəydi, nə qədər iş görüldüyünü görərdilər. Mən indi parlamentin plenar iclasına təqdim etməli olduğum çıxışım üzərində işləyirəm”, - deyə Köçəryan qeyd edib.
Erməni deputat hesabatın hansı ayda təqdim edilməsinin nəzərdə tutulduğunu açıqlamayıb.
Alpər Mövludoğlu
Ordu.az