Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” nəşri yazıb.
Nəşr qeyd edib ki, sentyabrın 25-30-da Ermənistan parlamentinin sədri Alen Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Kanadanın Ottava şəhərinə rəsmi səfərə yola düşəcək.
“Simonyan nümayəndə heyətinin tərkibinə növbəti dəfə sırf hakimiyyət nümayəndələrini daxil edib, özündən başqa, xuliqanlığı ilə tanınan “Vətəndaş Müqaviləsi” fraksiyasının katibi Artur Hovhannisyanı seçib. Mətbuat Hovhannisyanın xuliqanlığı barədə dəfələrlə yazıb. “Vətəndaş Müqaviləsi fraksiyasının deputatları - həyat yoldaşına qarşı biabırçı zorakılığı ilə tanınan Rüstəm Bakoyan, impulsiv xarakteri ilə seçilən, indiyədək bir çox qalmaqallarda, davalarda iştirak edən Arman Yeğoyan və nəhayət, Alen Simonyanın keçmiş köməkçisi olan, həmçinin parlament aparatının rəhbəri Davit Arakelyanın dostu olan Hasmik Hakopyan da nümayəndə heyətinin tərkibindədir. Hasmik Hakopyanın qohumları və tanışları korrupsiya müdaxiləsi nəticəsində parlamentdə işləyirlər. Budur, onlar Ermənistan parlamentinin təmsil etmək üçün nümunəvi, demokratik ölkə olan Kanadaya gedirlər”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az