Braziliya İsraildən haubitsa tədarükündən imtina edib

2024/09/1725603526.jpg
Oxunub: 397     14:27     09 Sentyabr 2024    
Braziliyanın ATMOS 2000 haubitsasını satın alma prosesi ilə bağlı yeni inkişaf baş verib.

Ordu.az xəbər verir ki, Braziliya İsrail və Fələstin arasındakı hadisələrdə Fələstinə dəstək olmaq üçün ATMOS 2000 haubitsasını tədarük etməkdən imtina edib.

Belə ki, Braziliya prezidenti Lula da Silva İsrail və Fələstin arasında davam edən münaqişələrdə Fələstinə dəstək olmaq üçün ATMOS 2000 haubitsasının tədarükü ilə bağlı müqaviləni ləğv edib.

Braziliya Müdafiə Nazirliyinin rəsmiləri və Braziliya ordusunun rəsmiləri Lula və Netanyahu arasında ciddi fikir ayrılığının olduğunu etiraf edərək, bunun texniki və dövlət məsələsi olduğunu və hər iki dövlət arasında tam diplomatik münasibətlərin mövcudluğunun prioritet olduğunu təsdiqləyirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Braziliya   İsrail  


Bizi "telegram"da izləyin