Ermənistan parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının rəyi hazırdır

2024/09/1725603051.jpg
Oxunub: 202     09:57     06 Sentyabr 2024    
Ermənistan parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının rəyi hazırdır.

Ordu.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, bunu sözü gedən komissiyanın sədri, deputat Andranik Koçaryan deyib.

O bildirib ki, sözügedən sənəd parlamentin oktyabrda keçiriləcək qapalı iclasında müzakirəyə çıxarılacaq.

A.Koçaryan sənədin ictimaiyyətə açıqlanması məsələsinə də toxunub.

O bildirib ki, ölkə əhalisi rəyin yalnız məxfi sayılmayan hissəsi ilə tanış ola biləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Müharibə  


Bizi "telegram"da izləyin