Ordu.az xəbər verir ki, Polşanın Keltse şəhərində keçirilən MSPO 2024 müdafiə sənayesi sərgisində təqdim edilən zenit sistemi “Polska Grupa Zbrojeniowa SA” (PGZ) şirkətinin bir hissəsi olan PIT-RADWAR tərəfindən hazırlanıb.
Yeni özüyeriyən zenit artilleriya sistemi proqramlaşdırıla bilən mərmiləri atmaq qabiliyyətinə malik 35 mm-lik avtomatik top əsasında hazırlanıb.
Məlumata görə, sistem təyyarələri, helikopterləri, qanadlı raketləri və pilotsuz uçuş aparatlarını məhv etmək üçün nəzərdə tutulub.
SA-35 hava hədəflərini aşkar etmək və izləmək üçün müasir ZGS-35 optoelektron stansiyasına malikdir, gələcəkdə erkən aşkarlama və hədəfləmə tapşırıqlarını yerinə yetirmək üçün ən son Polşa TUGA X-diapazon radarından istifadə edir.
Sevinc Əliyeva
Ordu.az