Ordu.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Reuters“ agentliyi məlumat yayıb.
Agentlik qeyd edir ki, administrasiyanın Pentaqonun anbarlarından Ukraynaya silah ötürmək üçün təxminən 6 milyard dolları var. Bu vəsaitlər sentyabrın 30-da başa çatan cari maliyyə ilinin sonuna qədər istifadə edilməlidir, bundan sonra istifadə edilə bilməz.
“Reuters“in məlumatına görə, Konqresdə qanunvericilərlə təcili müzakirələr aparan məmurlar sentyabrın 30-dan sonra bu vəsaitlərdən istifadə hüququnu qorumağın yollarını axtarırlar.
Agentliyin ABŞ qanunverici orqanındakı mənbələri əmindirlər ki, məsələnin həlli yolu tapılacaq.
Ordu.az