“Hizbullah” İsrailə aid briqadanın qərargahına hücum etdiyini açıqlayıb

2024/09/1725600662.jpg
Oxunub: 223     05:20     06 Sentyabr 2024    
“Hizbullah” döyüşçüləri İsrail ordusunun 300-cü ərazi briqadasının qərargahına və səhra düşərgəsinə zərbələr endirmək üçün kamikadze dronlardan istifadə edib.

Ordu.az xəbər verir ki, bu barədə təşkilatın “Telegram” kanalında yerləşdirilmiş bəyanatında deyilir.

“Cümə axşamı günü İslam müqavimətinə aid pilotsuz təyyarələr Qərbi Qalileyanın Yaara qəsəbəsinin cənubunda yerləşən 300-cü Ərazi Briqadasının qərargahına və səhra düşərgəsinə hücum edib. Nəticədə düşmən qoşunları canlı qüvvə və texnika itkisinə məruz qalıb”, - deyə bəyanatda deyilir.

Bəyanatda həmçinin hücumun İsrail hərbi hava qüvvələrinin, “Hizbullah” döyüşçülərindən birinin öldürüldüyü, bir neçəsinin isə yaralandığı Kafra kəndini bombalamasına cavab olaraq həyata keçirildiyi bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hizbullah   İsrail  


Bizi "telegram"da izləyin