Blinken: "Qəzzada atəşkəs HƏMAS-dan asılı olduğu kimi İsraildən də asılıdır"

2024/09/1725600588.jpg
Oxunub: 201     03:27     06 Sentyabr 2024    
“Qəzza zolağında atəşkəsə nail olmaq HƏMAS hərəkatından asılı olduğu kimi İsraildən də asılıdır. ABŞ yaxın günlərdə onlardan bu məsələ ilə bağlı yekun cavab alacağına ümid edir”.

Ordu.az xəbər verir ki, bu sözləri ABŞ dövlət katibi Entoni Blinken Haitiyə səfərindən sonra Port-o-Prensdə keçirdiyi mətbuat konfransında deyib.

"İndiki məqamda mənə elə gəlir ki, hər iki tərəf bu qalan məsələlərdə razılığa gəlməlidir və biz bunun üçün ilk növbədə tərəfdaşlarımız Misir və Qətərlə çox fəal danışıqlar aparırıq. Gözləyirəm ki, yaxın günlərdə fikirlərimizi İsrail və HƏMAS ilə bölüşəcəyik, üçümüz həll olunmamış qalan məsələlərin necə həll olunacağını dəqiq müzakirə edəcəyik ", - deyə o, bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   HƏMAS  


Bizi "telegram"da izləyin