Suriyada terror aktı nəticəsində bir neçə hərbçi həlak olub

2024/09/1725600371.jpg
Oxunub: 290     09:25     06 Sentyabr 2024    
Suriyanın daxili təhlükəsizlik qüvvələrinin 3 əməkdaşı ölkənin cənubunda yerləşən Deraa vilayətində bir qrup terrorçunun hücumu nəticəsində həlak olub.

Ordu.az-ın məlumatına görə, bu barədə Suriyanın SANA dövlət agentliyi xəbər yayıb.

Məlumata görə, hücum zamanı hərbçilər xidmət etdikləri Suriya-İordaniya sərhədində yerləşən “Nəsib” keçid məntəqəsinə doğru gedirmiş. Hücumçular atəş açıb, sonra naməlum istiqamətdə gedərək gizləniblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Terror  


Bizi "telegram"da izləyin