ABŞ Hindistanın iki şirkətinə sanksiyalar tətbiq edib

2024/09/1725600293.jpg
Oxunub: 236     02:14     06 Sentyabr 2024    
ABŞ administrasiyası Hindistanın “Gotik Shipping Co” və “Plio Energy Cargo Shipping” şirkətlərinə sanksiyalar tətbiq edib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yazılı açıqlamasında deyilir.

Sanksiyalar bu şirkətlərin Rusiyanın ən böyük, özəl təbii qaz şirkəti olan “Novatek”in “Arctic LNG 2” layihəsində iştirakı iddiasına əsasən tətbiq olunub. "Arctic LNG 2", "Yamal LNG 2"dən sonra "Novatek"in 2-ci LNG istehsalı layihəsidir.

Məlumata görə, Palau bayrağı altında mayeləşdirilmiş təbii qazı (LNG) daşıyan iki tanker də qara siyahıya salınıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Hindistan  


Bizi "telegram"da izləyin