Almaniya Qəzza əhalisinə yardım üçün daha 50 milyon avro ayıracaq

2024/09/1725600219.jpg
Oxunub: 219     01:27     06 Sentyabr 2024    
Almaniya Qəzza zolağının əhalisinə daha 50 milyon avroluq humanitar yardım ayıracaq.

Ordu.az xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Barbok iordaniyalı həmkarı Ayman əs-Səfədi ilə görüşdən sonra “X” sosial şəbəkəsində bəyan edib.

O qeyd edib ki, yeni tranş nəzərə alınmaqla, 2023-cü ildən indiyədək Berlindən Qəzzalılara verilən dəstəyin həcmi 360 milyon avronu keçib.

“İordaniyadakı suriyalı qaçqınlara humanitar yardım da 12,7 milyon avro artırılacaq”, - A.Berbok vurğulayıb.

Almaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, İordaniyaya humanitar yardım 2024-cü ildə 63 milyon avroya yüksələcək.

XİN-dən bildirilib ki, Almaniya “İordan dəhlizi” adlanan yol boyunca yük maşınları tərəfindən yardımın tədarükünü davam etdirmək üçün əlavə 5 milyon avro ayıracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Qəzza  


Bizi "telegram"da izləyin