Gürcüstan parlamenti seçkiqabağı sonuncu dəfə sentyabrın 17-də toplaşacaq

2024/09/fe08d-1725550806.jpg
Oxunub: 368     19:34     05 Sentyabr 2024    
Gürcüstan parlamentinin 10-cu çağırış deputatları iki qanunun yekun oxunuşunu təsdiqləmək üçün sentyabrın 17-də sonuncu plenar iclasına toplaşacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

“Plenar iclasda iki qanuna - “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” və “Amnistiya haqqında” qanuna üçüncü oxunuşda baxılacaq. Hələlik bu iki məsələ var və ona görə də plenar iclas üçün bizə bir gün – sentyabrın 17-si lazım gələcək və bununla da işi yekunlaşdıracağıq”, - o deyib.

Papuaşvilinin sözlərinə görə, büronun ənənəvi iclası olmayacaq.

Xatırladaq ki, Gürcüstan parlamenti sentyabrın 4-də ikinci oxunuşda ölkədə LGBT təbliğatını qadağan edən qanun layihələri paketini qəbul edib.

Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Parlament  


Bizi "telegram"da izləyin