Nikaraquada 135 siyasi məhbus həbsdən buraxılıb

2024/09/66d9c-1725549308.jpg
Oxunub: 353     18:57     05 Sentyabr 2024    
Nikaraqua hökuməti 135 siyasi məhbusu həbsdən azad edib.

Ordu.az “Reuters“ agentliyinə istinadən xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb. Bildirilib ki, ABŞ tərəfinin vasitəçiliyi ilə baş tutan proses bir neçə ay davam edən danışıqların nəticəsində reallaşıb.

Azad olunan şəxslərin əvvəlcə Qvatemalaya, ardınca isə qanuni əsaslarla ABŞ və digər ölkələrə köçərək, burada sığınacaq ala biləcəklər.

Qeyd edək ki, onların arasında tələbələrlə yanaşı, dini baxışlarına görə saxlanılanlar da var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Nikaraqua   Siyasi-məhbus  


Bizi "telegram"da izləyin