Zelenski: "Ukrayna üzrə sülh sammitində Rusiya da mütləq iştirak etməlidir"

2024/08/1724762577.jpg
Oxunub: 402     16:49     05 Sentyabr 2024    
Ukraynada sülh üzrə ikinci sammitdə Rusiya tərəfinin nümayəndələri də mütləq təmsil olunmalıdır.

Ordu.az xəbər verir ki, bunu “NBC News” telekanalına müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O əlavə edib ki, ölkəsi tərəfdaşları ilə birlikdə müharibənin başa çatması üçün detallı bir plan hazırlayır:

“Biz Putinin səbəb olduğu böhranların hər biri üzrə ətraflı müzakirələr aparırıq. Onu ikinci sammitdə təqdim edəcəyik. Başa düşürük ki, Rusiya tərəfinin iştirakı olmadan müharibəni diplomatik yolla başa çatdırmaq çox çətin olacaq. Rusiyanın ikinci zirvə görüşündə təmsil olunmasını bizdən tərəfdaşlarımız istəyib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin