Ukraynanın yeni xarici işlər naziri təsdiqlənib - YENİLƏNİB

2024/09/2024--1725532282.jpg
Oxunub: 429     15:21     05 Sentyabr 2024    
Ukraynanın Ali Radası Andrey Sibiqanı xarici işlər naziri vəzifəsinə təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə “UNİAN” deputat Yaroslav Jeleznyaka istinadən xəbər yayıb.

Onun sözlərinə görə, qərarın lehinə 258 deputat səs verib.

***

Ukrayna Prezidenti Volodimir Zelenski yeni xarici işlər nazirinin təyin edilməsi ilə bağlı təklifini parlamentə təqdim edib. O, bu vəzifəyə Andrey Sibiqanın namizədliyini irəli sürüb.

Ordu.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə müvafiq qərar layihəsi Ali Radanın saytında dərc olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Sibiqa  


Bizi "telegram"da izləyin