Almaniya Kiyevin HHM silahı alma planına sadiq qalır

2024/09/1725528548.jpg
Oxunub: 216     12:07     06 Sentyabr 2024    
Almaniya Ukraynaya IRIS-T Hava Hücumundan Müdafiə (HHM) sistemi tədarükünü davam etdirəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məsələ ilə bağlı məlumatlı mənbə “Reuters”ə verdiyi açıqlamada Almaniyanın Ukraynaya 12 ədəd IRIS-T SLM HHM sistemi tədarük etmək planına sadiq qaldığını deyib.

4 vahid tədarük edilib, daha 2 vahidin ilin sonuna qədər göndərilməsi gözlənilir, qalan 6 vahid isə sonrakı mərhələdə təhvil veriləcək.

Almaniya Hərbi Hava Qüvvələri bu günə qədər sifariş verdiyi 6 IRIS-T sistemindən birincisini təhvil alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Kiyev   HHM  


Bizi "telegram"da izləyin