"Harris prezident olarsa, ABŞ iqtisadi böhranla üzləşəcək" - Tramp

2024/08/1724216085.jpg
Oxunub: 254     12:32     05 Sentyabr 2024    
ABŞ-nin vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gələrsə, Birləşmiş Ştatlar 1929-1939-cu illərdəki böyük depressiya ilə müqayisə oluna biləcək iqtisadi böhranla üzləşəcək.

Ordu.az xəbər verir ki, bunu keçmiş Amerika lideri, Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp deyib.

"Əgər o, prezident olarsa, 1929-cu il kimi depressiya olacaq. Onun nə edəcəyi barədə heç bir fikri yoxdur", - deyə o bildirib.

Tramp əlavə edib ki, həmçinin, ölkə tarixdə ən böyük vergi artımı ilə üzləşəcək.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin